Akademik keyfiyyətə nəzarət şurası
Şuranın vəzifə öhdəlikləri:
- Mərkəzin fəaliyyəti üzrə strateji qərarlar qəbulu;
- Strateji fəaliyyət planın icrası zamanı nəzərdə tutulan fəaliyyətlərin digər dövlət qurumları ilə əlaqələndirilməsi;
- Nəzərdə tutulan fəaliyyətlərin düzgün aparılmasını təmin etmək üçün tövsiyələrin verilməsi;
- Tərəqqi və son nəticələr əsasında hazırlanmış monitorinq hesabatlarının qəbulu və təsdiqi, həmçinin müvafiq tövsiyələrin verilməsi.
İdarə heyəti
- Strateji fəaliyyət planın və yarımillik icra planlarının icrasına nəzarət;
- Strateji fəaliyyət planın icrasının monitorinqi və hesabatların hazırlanması;
- Yarımillik icra planlarının hazırlanmasının təşkili;
- Akademik keyfiyyətə nəzarət şurasını məlumat və informasiya ilə təchiz etmək;
- Vətəndaşları və müxtəlif maraqlı olan tərəfləri proses və nəticələr barədə məlumatlandırmaq üçün strateji ünsiyyət modeli hazırlamaq.