“Bərbər” kursunun müdavimləri məzun oldu

“Bərbər” kursunun müdavimləri məzun oldu

Dövlət Məşğulluq Agentliyinn tabeliyində fəaliyyət göstərən Bakı peşə Hazırlığı Mərkəzi və 9 saylı Ərazi Məşğulluq Filialının təşkilatçılığı ilə 20 dekabr 2021 tarixində Quba şəhərində başlanan “Bərbər” kursunun müdavimləri 18 fevral 2022 tarixində buraxılış imtahanını verib məzun oldu.

Qubada bərbərxana şəbəkəsi olan fiziki şəxs Aydın Kiçibəyovla bağlanan müqaviləyə əsasən, iki aylıq nəzəri və təcrübi kursu bitirən 11 nəfər məzun onun bərbərxana şəbəkəsində işlə təmin olunacaq.