Bakı Peşə Hazırlığı Mərkəzi Publik Hüquqi Şəxsinin missiyası dəyişən əmək bazarının tələblərinə çevik uyğunlaşan müvafiq peşə təhsili proqramları ilə işəgötürənlərin tələblərinin vaxtında qarşılanması, yüksək nəzəri və praktiki biliklərə, şəxsi keyfiyyətlərə malik olan rəqabətədavamlı peşəkar mütəxəssislər hazırlayaraq kadr bazasının formalaşması, ölkənin istehsal potensialının və iqtisadiyyatının inkişafına dəstək verməkdən ibarətdir.
- Təhsilalanların məşğulluq imkanlarının yüksəldilməsi məqsədi ilə informasiya kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və bu sahədə savadlılığın artırılması;
- Təlimçi heyəti tərəfindən sənaye sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi;
- Mərkəzin beynəlxalq təşkilatlarla, yerli və xarici şirkətlərlə əlaqələrinin yaradılması və inkişaf etdirilməsi;
- Mərkəzin əməkdaşlarının əlavə təhsilə cəlb edilməsi, beynəlxalq təcrübəyə yiyələnməsi;
- Mərkəzdə səmərəli işgüzar mühitin inkişaf etdirilməsi;
- Əmək bazarının tələblərinə tam uyğunlaşan təlim – tədris prosesini təşkil etmək;
- Təklif olunan təhsil xidmətlərinin keyfiyyəti və nəticəyönümlülüyünə əminlik;
- Geniş əhali qrupları üçün əlçatan və uyğun təlim – tədris prosesinin qurulması;
- Benefisiarların məmnunluq hissinin artması;
- Təlim – tədris prosesini bitirənlərin işlə təmin olunma səviyyəsinin yüksəldilməsi;
- İşçi heyətinin peşəkarlıq səviyyəsinin artma imkanlarının genişlənməsi;
- Peşə təhsili və təlimi müəssisələri arasında rəqabət hissinin güclənməsi ilə yanaşı, əməkdaşlıq imkanlarının artması;
- Daimi inkişaf və benefisiarlara daha cəlbedici olmaq üçün yaxşı təcrübələrin öyrənilməsi və tətbiqi.