Dövlət Məşğulluq Agentliyi tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Qadın və Uşaq Sığınma evində xeyriyyə məqsədilə təşkil olunan 1 aylıq “Dərzi” peşə hazırlığı kursu yekunlaşdı.
Əməkdaşlıq çərçivəsində, qısamüddətli təlimləri bitirdikdən sonra buraxılış imtahanını müvəffəqiyyətlə keçən məzunlar rəsmi dövlət sertifikatı ilə təmin olundu, “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin razılığı ilə lazım olduğu təqdirdə sığınma evində məskunlaşmış qadınların işlə təmin edilməsinə dəstək veriləcək. Məzun olan xanımların sığınacaqdan kənarda işlə təmin olunması zamanı yarana biləcək sosial risklər mövcuddur. Dövlət Məşğulluq Agentliyi tabeliyində fəaliyyət göstərən Bakı Peşə Hazırlığı Mərkəzinin, iş yerlərində təhlükəsizlik təmin etmə kimi səlahiyyətinin olmadığını nəzərə alaraq, hər bir məzunun fərdi durumunu nəzərə alıb, Qadın və Uşaq Sığınma evinin rəsmi razılığı əsasında, onların əmək bazarına inteqrasiyasını reallaşdırmaq mümkündür.